Kriştiano Ronaldo cəzalandırıldı

11:24 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun nalayiq davranışı araşdırılıb.

Hafta.az xəbər verir ki, “Əl-Şəbab”la yerli çempionat matçında 39 yaşlı hücumçu rəqib azarkeşlərə nalayiq jest edib.

O, azarkeşlərin Lionel Messi ilə bağlı şüarlarına təhqiramiz reaksiya verib.

Etika və İntizam Komitəsi portuqaliyalı futbolçunu bir oyunluq diskvalifikasiya edib. Bundan əlavə, Kriştiano 2400 avro cərimələnib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 20 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.

Oxunma sayı 127