Yazını böyüt
Yazını kiçilt
Sakit okeanda Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.
Kamçatka geofiziklərinin məlumatına görə, zəlzələ Kamçatka vaxtı ilə saat 18:45-də baş verib.
"Dərinlik 42 km, maqnitudası 5,8", - nəşr qeyd edir.
Zəlzələnin mənbəyinin Severo-Kurilskdən 189 km aralıda olduğu bildirilir.