Laçın yoluna alternativ marşrutun Ermənistan hissəsinin tikintisi gələn həftə başlanacaq

14:38 29.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“2022-ci ilin avqustunda Ermənistan Respublikası hökuməti “M-12/-Tex-Kornidzor avtomobil yolunun rekonstruksiyası - yenidən qurulması işlərinə başlayacaq”.

Hafta.az xəbər verir ki, bu məlumatı KİV-in sorğusuna cavab olaraq Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, bu, “Laçın dəhlizi"nə alternativ yolun Ermənistandan keçən hissəsi olacaq.

Xatırladaq ki, iyunun 27-də Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı bəyan etmişdi ki, tərəflər keçmiş Dağlıq Qarabağ ərazisini Ermənistanla birləşdirən “Laçın dəhlizi” adlanan hissədə marşrutun dəyişdirilməsi ilə bağlı ilkin razılığa gəliblər. 10 noyabr 2020-ci ildə elan edildiyi kimi, dəyişiklik  3 il ərzində baş verməlidir.

Azərbaycan tərəfi öz ərazisindəki 32 km-lik yolun tikintisini başa çatdrmaq üzrədir.