Laçında Azərbaycan və MDB-yə üzv dövlətlərin milli mətbəxlərinin təqdimatı olub

16:43 03.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın şəhərində keçirilən “Laçın – MDB ölkələrinin mədəniyyət paytaxtı 2025” çərçivəsində Azərbaycan və MDB-yə üzv dövlətlərinin milli mətbəxlərinin təqdimatı olub.

Hafta.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli tədbir çərçivəsində hər bir ölkənin milli pavilyonunu ziyarət edib, təqdim olunan kulinariya nümunələri, tarixən formalaşmış dad palitrası və mətbəx ənənələri ilə tanış olub.

Təqdimatda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Belarus, Tacikistan və digər MDB ölkələrinin ənənəvi yeməkləri nümayiş etdirilib.