Yazını böyüt
Yazını kiçilt
Bu gün İngiltərə Premyer Liqasının 28-ci turunun növbəti oyunları keçirilib.
Hafta.az xəbər verir ki, turun gözlənilməz hesabı “Vicarage Road” stadionunda qeydə alınıb. Cari mövsüm məğlub olmayan və turnir cədvəlinin lideri “Liverpul” səfərdə “Uotford” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu məğlubiyyət sonra Mersessayd təmsilçisinin 79-xalla birinci, “Uotford” isə 27 xalla 18-ci yerdə qərarlaşıb.
Turun birinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:
“Brayton” - “Kristal Palas” - 0:1;
“Bormunt” - “Çelsi” - 2:2;
“Nyukasl Yunayted” - “Börnli” - 0:0;
“Vest Hem Yunayted” - “Sauthemton” - 3:1.