MİDA-dan sosial evlərin satışı ilə bağlı YENİ AÇIQLAMA

15:42 18.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu ilin mart ayında MİDA-nın tikdiyi sosial evlər layihəsində 5 saniyə ərzində evlərin satılması böyük qalmaqala səbəb olmuşdur. Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılmış və onların xüsusi proqramla həmin evləri 5 saniyə ərzində alması müəyyən edilmişdir.

Hazırda məsələnin hansı yerdə olduğunu və martın 30-da baş tutan satış prosesinin ləğv edilib-edilməyəcəyini dəqiqləşdirməq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Diana Dadaşova hafta.az-a açıqlamasında bildirdi ki, hazırda zəruri hüquqi prosedur tədbirləri davam etdirilir: “Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

O, öz açıqlamasında, həmçinin sosial evlərlə bağlı növbəti satış elanı barədə də dəqiq məlumatın olmadığını bildirdi.

Oxunma sayı 110