Mahir Emreli "Legiya" ilə razılaşdı

11:06 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubu ilə razılığa gəlib.

Hafta.az xəbər verir ki, bu barədə Polşanın “Meczyki” nəşri məlumat yayıb. Tərəflər arasında yaxın vaxtlarda 3 illik müqavilənin imzalanması bildirilib. 

Xəbədə o da qeyd olunub ki, Mahirin Polşa təmsilçisi ilə anlaşmasında "Qarabağ”ın sabiq oyunçusu, 13 il Varşava klubunda çıxış etmiş Yakub Jezniçakın da rolu olub. O, Emrelini bu məsələlərə görə kluba keçməyə inandırıb:

1. Polşada əldə oluna biləcək kuboklar və avrokuboklarda mübarizə.

2. Varşavadakı yüksək səviyyəli yaşayış şəraiti.

3. Maksimum iki mövsümdən sonra yüksək satış potensialı.

4. Yaxşı pul qazanması.

Mahirin “Legiya”nın ən çox qazanan futbolçusu olması real görünmür. Lakin Jezniçak oyunçunu klubda mükafatlar əldə edəcəyinə inandırıb.

Qeyd edək ki, millimizin üzvü “Qarabağ”ın illik 500 min dollar maaş olmaqla yeni müqavilə təklifini qəbul etməyib.

Oxunma sayı 623