Malidə 13 fransız hərbçisi həlak olub

22:20 26.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Malidə terrorçulara qarşı keçirilən əməliyyat zamanı helikopter qəzası baş verib, 13 fransız əsgəri həlak olub.

Hadisə noyabrın 25-i axşam saatlarında baş verib.

Fransa Prezidenti Emmanuel Makron hadisənin baş verdiyini təsdiqləyib. 

E. Makron həlak olanların ailələrinə baş sağlığı verib.

Qeyd edək ki, İŞİD-ə müttəfiq olduğunu bəyan edən terrorçulara qarşı mübarizə aparmaq üçün Fransa "Barkhane" əməliyyatı çərçivəsində Maliyə 4500 əsgər yerləşdirib.