Marzılı kəndində 4 otaqlı ev yanıb

23:18 03.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax şəhərinin Marzılı kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

Hafta.az bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.