Maşın məktəblini vurdu

16:50 10.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonunda avtomobil piyadanı vurub.

Hafta.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. 

Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Faktla bağlı araşdırma aparılır.