Maykl O'Flaherti Gürcüstana səfər edəcək

15:08 13.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl O'Flaherti Gürcüstana səfər edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Maykl O'Flaherti sosial media hesabında yazıb. Onun Gürcüstanda hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəyi bildirilir.

Qeyd edək ki, Komissarın bir qədər əvvəl Gürcüstanda insan hüquqlarına dair hesabatı ölkədə birmənalı qarşılanmayıb.