Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

12:36 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”

Oxunma sayı 19
Siyasət rubrikasından digər xəbərlər