Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi Beynəlxalq Qadınlar Gününü ölkənin ən yeni tarixində hər biri öz sahəsində fərqlənmiş 15 azərbaycanlı qadına ehtiramını bildirən gözəl videoçarxla qeyd edir.
Hafta.az-ın yazdığına görə, səfirlikdən bildirlir ki, seçim prosesi çətin keçib, çünki Azərbaycan dövlət quruculuğunda xidmətləri olan qadınlarla xüsusilə zəngindir. 1918-ci ildə qadınlara seçki və səsvermə hüququ verən ilk müsəlman ölkəsi üçün bu, normal haldır. Videoçarx təkcə Azərbaycan tamaşaçıları üçün deyil, daha çox mərakeşli və beynəlxalq izləyicilər üçün bu heyrətamiz qadınları və onların dünyaya verdiyi töhfələri tanıtmaq üçün nəzərdə tutulub.
Video Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” əsərindən diqqətlə seçilmiş parça ilə müşayiət olunur və təkmilləşdirilir.
Səfirlik əlavə edir ki, bu gün bütün cəmiyyətlərdə qadınların rolunun kişilərlə eyni dərəcədə vacib olduğunu vurğulamaq üçün bir fürsətdir. Bu faktı təkcə 8 Martda deyil, bütün il boyu yadda saxlamaq lazımdır.