Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, bəzi Mərkəzi Asiya ölkələri riskə getməyə hazır deyillər və onlar Rusiyaya qarşı sanksiyalarda iştirak edə bilərlər.
Hafta.az-ın yazdığına görə, Valday Klubunun təşkil etdiyi Mərkəzi Asiya konfransında çıxış edən Galuzin, “Biz birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməz və qeyri-qanuni olması ilə bağlı razılığa gəlsək də, bir sıra Mərkəzi Asiya ölkələri riskə getmək istəmir və onlara əməl etməyə hazır olduqlarını bildirirlər” deyib.
Qaluzin onu da bildirib ki, onlar bu ölkələrə bu və ya digər siyasi mövqeyi tutmaları üçün təzyiq göstərmirlər.
Apreldə ABŞ Ticarət Nazirliyi Ermənistan və Özbəkistandakı bəzi şirkətlərə "ixrac nəzarətini yerinə yetirmədiyi" üçün sanksiya tətbiq edib.
“Reuters” 10 may tarixli xəbərində Avropa Komissiyasının Rusiyaya qarşı yeni sanksiyalar paketinə Çin, İran, Qazaxıstan və Özbəkistandan bir çox şirkətləri daxil edəcəyini yazıb.