Messi ölkə çempionatlarında 500-cü qolunu vurdu

19:53 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İnter Mayami"nin futbolçusu Lionel Messi ölkə çempionatlarında 500-cü qolunu vurub.

Hafta.az xəbər verir ki, 37 yaşlı hücumçunun yubileyi MLS- in 3-cü turunda "Orlando Siti" ilə oyunda qeydə alınıb. O, 56) hesabı ilə qalib gəldikləri oyunda dubl edib. 

Messi "Barselona"da oynayarkən La Liqada 474, PSJ-nin futbolçusu kimi Liqa 1-də 22 qol vurub. MLS-də isə onun 4 qolu var.

Qeyd edək ki, Lionel Messi bütün rəsmi turnirlərdə 891 matçda 722 qol vurub və 345 məhsuldar ötürmə edib.

Oxunma sayı 116