Messi və Ronaldo ÇL ilə erkən vidalaşdı - 16 il sonra ilk

10:15 11.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çempionlar Liqasında qeyri-adi hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, son 16 ildə ilk dəfə 1/4 final mərhələsi Kriştiano Ronaldo və Lionel Messisiz keçiriləcək.

Hər iki əfsanənin komandası mübarizəni 1/8 finalda dayandırıb. Ronaldo və Messinin heç birinin olmadığı 1/4 finala sonuncu dəfə 2004/05 mövsümündə təsadüf edilib.

Həmin vaxt Messili “Barselona” 1/8 finalda “Çelsi”yə (2:1, 2:4), Ronaldolu “Mançester Yunayted” “Milan”a (0:1, 0:1) uduzmuşdu.