Messidən növbəti rekord

14:06 18.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Barselona"nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Hafta.az xəbər verir ki, o, buna İspaniya kubokunun finalında dünən keçirilən "Atletik"lə matçda (4:0) nail olub.

Sözügedən görüşdə dubla imza atan argentinalı hücumçu İspaniya kubokununda finallarında vurduğu qolların sayını 9-a çatdırıb. Bununla da o, "Atletik"in əfsanəsi Telmo Sarrunu (8 qol) geridə qoyub.