Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüşüb

13:55 01.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə bankın maliyyə dəstəyi ilə ölkədə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.

Bu barədə o, özünün “X” sosial şəbəkə hesabında yazıb.

M.Cabbarov qeyd edib ki, görüşdə AİİB-lə Azərbaycanın əməkdaşlıq istiqamətləri, birgə fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi aparılıb.