Mikroavtobus piyadanı vurub öldürdü

11:07 21.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

 

Hafta.az-ın məlumatına görə, hadisə zamanı mikroavtobus yolu keçən Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Elxan oğlunu vurub. Ağır xəsarətlər alan piyada Şirvan Şəhər Xəstəxanasına çatdırılsa da, orada keçinib.

 

Faktla bağlı araşdırma aparılır.