Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub 

12:50 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səhiyyə xərcləri artırılmalıdır.

Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, Qarşıdan büdcə müzakirələri gəlir: "Hesab edirəm ki, biz səhiyyə xərclərini artırmalıyıq".

O qeyd edib ki, bu gün Azərbaycan səhiyyəsinin üzərinə çox böyük iş düşür: “Onu da hesab edirəm ki, tibbi sığortadan heç zaman vaz keçməməliyik”.