Milli Məclisin deputatı MDB PA-nın komissiya iclasında iştirak edir

21:21 18.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin deputatı, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri Daimi komissiyasının sədr müavini Rauf Əliyev komissiyanın mayın 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən iclasında iştirak edib.

Hafta.az xəbər verir ki, iclasda bir sıra model qanun layihələrin o cümlədən “Rəqəmsal media mühitində elektron kommunikasiyalar haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Xeyriyyəçilik haqqında” və digər model qanun layihələri, o cümlədən bir sıra digər məsələlər müzakirə olunub.

İclasda MDB PA-nın nəzdində Mədəniyyət üzrə Ekspert şurasının yaradılması barədə qərar qəbul edilib.

Daimi Komissiyanın növbəti iclasının bu ilin noyabr ayında Sankt-Peterburq şəhərində keçirilməsi və təklif olunan bir şox modul qanun layihələrinin müzakirələrinin davam etdirilməsi nəzərdə tutulub.

Siyasət rubrikasından digər xəbərlər