Millimizin oyunlarına Belçika ev sahibliyi edəcək

22:52 23.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

On yeddi yaşadək futbolçulardan ibarət Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Hafta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 3-cü qrupun oyunları Belçikada təşkil olunacaq.

Qarşılaşmalar oktyabrın 5-12-də keçiriləcək. Qrupda meydan sahibləri ilə yanaşı Norveç və Lüksemburq komandaları da mübarizə aparacaq.