Millinin heyətində dəyişiklik olub

17:46 17.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə DÇ-2024-ün elit-raundunda dekabrın 20-də Niderlandla qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Hafta.az Azərbaycan Futzal Federasiyasının saytına istinadə xəbər verir ki, baş məşqçi Vitali Borisov Emil Həsənzadəni və Rumıniya ilə görüşdə zədələnən Amadeunu səfər aparmayacaq. Əvəzində “Neftçi” İK-dan Mirzə Əmirov və karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borges milliyə qoşulacaq.

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov

Oyunçular: Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Sojaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov