Yazını böyüt
Yazını kiçilt
Rusiya hökumətinin Çinə verdiyi təbii qaz endirimini artırmağa hazırlaşdığı iddia edilib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Rusiyanın Çinə təbii qaz endiriminin 2024-cü ildə 46 faizə yüksəldiləcəyi bildirilib.
Bu il Çinin “Sibirin Gücü” boru kəmərindən aldığı Rusiya qazının min kubmetrinin orta qiyməti 297,2 dollar təşkil edir.
Türkiyə və Avropa ölkələri üçün bu rəqəm 501,6 dollardır.
2024-cü ildə Rusiya qazının Çinə 46 faiz endirimlə (271,6 dollar) satılacağı və Türkiyə və Avropa üçün bu qiymətin 481,7 dollar olacağı iddia edilir.
Qazprom 2023-cü ilin sonuna kimi Çinə 22 milyard kubmetr, gələn il isə 30 milyard kubmetr təbii qaz göndərməlidir.