“Moskvich 6” satışa çıxarılır: Qiyməti 26900 dollar

09:04 05.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bu ayın sonunda satışa çıxarılması gözlənilən “Moskviç 6” model avtomobillərin qiymətləri açıqlanıb.

Hafta.az-ın “Autonews” saytına istinadən yazdığına görə, “Moskvich 6”nın mexaniki transmissiya versiyasının 2,7 milyon rubla (26900 dollar) satılacağı bildirilir. Digər müxtəlif versiyaların qiymətinin isə 3,1 milyon rubla çatacağı gözlənilir.

“Moskviç 3” bu gün 2,2 milyon rubla satılır.

“Moskvich 6” Çin markası JAC Sehol A5 Plus-ın dəyişdirilmiş versiyası kimi buraxılır.