Müdafiə Nazirliyi məlumat YAYDI

14:10 08.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb.

Nazirlikdən hafta.az-a daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".

Oxunma sayı 176