Müdafiə Nazirliyindən Gəncədəki partlayış səsləri barədə açıqlama

15:17 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur" - deyə, məlumatda bildirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Gəncədə partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər yayılıb.