Müəllimlərin sertifikasiya imtahanının vaxtı AÇIQLANDI

13:15 13.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov məlumat verib.

O bildirib ki, sertifikasiya 18-26 iyunda keçiriləcək.

Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.