Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında İranla davam edən hərbi münaqişə və tətbiq edilən dəniz blokadası barədə paylaşım edib.
Hafta.az xəbər verir ki, Tramp ABŞ ordusunun hərbi əməliyyatlarda böyük uğur qazandığını və İranın hərbi potensialının sıfıra endiyini iddia edib.
Prezident bildirib ki, Amerika mediasında yayılan mənfi xəbərlərin əksinə, cəbhədə vəziyyət Vaşinqtonun tam xeyrinədir:
“Mən müharibəni uduram, özü də böyük fərqlə! Ordumuz möhtəşəm işlər görür. Əgər “saxta xəbər” yayan nəşrləri oxusanız, elə bilərsiniz ki, uduzuruq. Amma reallıq budur ki, düşmənin dəniz donanması tamamilə məhv edilib, hava qüvvələri sıradan çıxıb, raket əleyhinə müdafiə sistemləri artıq yoxdur”.