Yazını böyüt
Yazını kiçilt
Myanmarın Kaçin ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 14 nəfər həyatını itirib, 4 nəfərin taleyi barədə isə məlumat yoxdur.
Hafta.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumatda qeyd olunur ki, itkin düşənlərin sağ qalmaq ehtimalı çox azdır.
Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətindən müvafiq tədbirlər görür.