NATO İraqda apardığı təlimləri dayandırıb

22:19 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
NATO İraqda kadr hazırlığı üzrə apardığı təlim missiyasını dayandırıb.
 
Hafta.az TASS-a istinadla xəbər verir ki, NATO rəsmiləri bu addımı ABŞ-ın hava hücumlarından sonra ölkədə artan qeyri-sabitlik ilə əlaqədar olduğu bildirib.
 
Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.