Naxçıvanda avtobus avtomobillə toqquşub

16:20 17.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, qəza şəhərin Xətai məhəlləsində qeydə alınıb.

Hərəkətdə olan "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut toqquşub. Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhrəman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.