Nazir müavini: "Böyük qayıdış 2030-cu ilədək 5 milli prioritetindən biridir"

13:26 05.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Növbəti il üçün dövlət büdcəsinin prioritetlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası, ölkənin sosial və iqtisadi həyatına inteqrasiyası üzrə tədbirlər təşkil edir".

Hafta.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın erməni işğalından azad olunması nəticəsində ölkəmiz irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan tarixi inkişafının yeni mərhələsinə qədəm qoyub:

"İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən edilib. Bu istiqamətdə 2026-cı ildə 3.5 milyard manat vəsait sərf ediləcək".