Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi 

17:35 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin "N" saylı hərbi hissəsinə yeni rəis təyin edilib.

Hafta.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Xaspulatov Anar Əlimurad oğlu "N” saylı hərbi hissənin rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən "N” saylı hərbi hissənin rəisi polkovnik-leytenant Seyidəhməd Nurayev vəzifəsindən azad edilərək Fövqəladə Hallar Nazirliyinin Bakı Alayının komandiri təyin edilmişdi.