Nazirdən narazı müəllimlərə İRADLI CAVAB

12:00 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Kimya müəllimlərinin sertifikasiya prosesində heç bir qeyri-adi hal olmayıb".

Hafta.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib

O bildirib ki, həmin suallara nəzər yetirilib: 

“Küçədən keçən insanlar da sertifikasiya prosesinə etiraz edir. Sertifikasiya prosesində iştirak etməyən şəxslərin də etiraz etməsi düzgün deyil”.

Nazir kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqlarına belə reaksiya verib:

"Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərkdən qışqırsa, biz ondan qorxub imtahanı ləğv edəcəyik. 20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb, onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatkaşma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək".