Yazını böyüt
Yazını kiçilt
"Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib.
Hafta.az klubun saytına istinadən məlumat verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 23 yaşlı müdafiəçi yeni komandanın heyətində 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.