“Neftçi”də yeni transfer

18:05 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” cinah yarımmüdafiəçisi transferi edib.

 

Hafta.az xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.

 

Bildirilib ki, San-Tome və Prinsipi Demokratik Respublikasından olan Harramiz Quita Ferreyra Soares ilə iki il müddətinə müqavilə bağlanıb.

 

30 yaşlı futbolçu komandamızın heyətində 11 nömrəli formanı geyinəcək.

 

Harramiz Portuqaliyanın “O Elvas” (2009-2010), “Aljustrelense” (2010-2011), “Uniao Montemor” (2011-2013), “Benfika B” (2013-2014), “Farense” (2014-2016), “Kovilya” (2016-2017), “Akademika” (2017-2018), “Tondela” (2018), “Mafra” (2018-2019), “Leyşoynş” (2019-2020) və “Eştoril” (2021) klublarında çıxış edib.

 

Son mövsüm 23 oyunda dörd qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, iki qola imza atıb.

 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini transfer edib.

Oxunma sayı 584
İdman rubrikasından digər xəbərlər