Netanyahu korrupsiya ittihamlarına görə nazir vəzifələrindən istefa verdi

19:30 02.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin Baş naziri Binyamin Netanyahu barəsindəki korrupsiya ittihamlarına görə Sosial Yardım, Diaspora və Kənd Təsərrüfatı naziri vəzifələrindən istefa verib.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, Netanyahunun bazar gününə qədər sözügedən vəzifələrə digər şəxsləri təyin edəcəyi gözlənilir.

İsrail qanunvericiliyinə görə, barəsində ittiham irəli sürülən nazir istefa verməli olsa da, bu tələb Baş nazir postuna şamil edilmir. Yəni hazırda bu ittiham Netanyahunun Baş nazir vəzifəsini icra etməsinə heç bir əngəl törətmir.

Qeyd edək ki, İsrailin Baş prokuroru Avihey Mandelblit 3 fərqli korrupsiya işi ilə bağlı Netanyahuya qarşı iddia qaldırıb.

Artıq xəbər verdiyimiz kimi, Netanyahu toxunulmazlığı üçün parlamentə müraciət edib. Əgər müraciət qəbul edilərsə, onun məhkəməyə verilməyəcəyi bildirilir.