Neymar futbol klubu alır

14:39 10.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Əl-Hilal"ın hücumçusu Neymar "Santos" futbol klubunu almaq imkanını nəzərdən keçirir.

Hafta.az xəbər verir ki, braziliyalı futbolçu 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir. Oyunçu hazırda atası ilə birlikdə klubun səhmlərini almağı düşünür.

Xatırladaq ki, Neymar 2003-2013-cü illərdə Braziliya klubunda çıxış edib.