Norveç hökuməti “Mölde”nin "Qarabağ"la matçla bağlı müraciətini cavabsız qoydu

14:43 08.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Norveç hökuməti Çempionlar Liqasında təmsilçisi olan "Mölde"nin III təsnifat mərhələsində “Qarabağ”la Bakıdakı oyun üçün istisna xahişini cavabsız qoyub.

Hafta.az xəbər verir ki, bunu ölkənin mədəniyyət naziri Abid Raca bəyan edib.

O, yerli mətbuata açıqlamasında “Mölde”nin ölkəmizə səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırılmadığını söyləyib. Yəni, görüş ölkəmizdə baş tutarsa, Norveç çempionu vətəninə döndükdən sonra koronavirus pandemiyası ilə əlaqədar 10 günlük karantinə alınmalıdır: “Təəssüf ki, “Mölde”nin “Qarabağ”la oyununa qədər mümkün istisna ilə bağlı cavab alınmayacaq. Buna görə də, Norveç Futbol Federasiyasını və  klubu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq. Yəni, proqramlarını buna uyğun qurmalıdırlar. Bu isə o deməkdir ki, UEFA-nın əsasnaməsinə uyğun şəkildə “Qarabağ”la qarşılaşmanın neytral meydanda keçirilməsi planlaşdırılmalıdır”.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakıya salınsa da, UEFA hələlik yekun qərarını verməyib.

Oxunma sayı 2159