Yazını böyüt
Yazını kiçilt
Norveç hökuməti növbəti beş il ərzində Ukraynaya təxminən 75 milyard kron (7,2 milyard dollar) yardım etmək qərarına gəlib.
“Norveç yaxın 5 il ərzində Ukraynaya 75 milyard kron verəcək”, - VG media qeyd edir.
Məlumatın qəzetin öz mənbələrindən alındığı bildirilir. Nəşr onu da bildirir ki, bazar ertəsi, fevralın 6-da Norveçin baş naziri Yonas Qahr Stör Ukraynaya yardım məsələsi ilə bağlı parlament assosiasiyalarının rəhbərləri ilə görüşəcək.