Nuriel Roubini: “ABŞ-ın blokadası Çin iqtisadiyyatına zərər verəcək”

10:30 14.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur iqtisadçı Nuriel Roubini, ABŞ-ın Hörmüz boğazını blokadaya almasının Çin iqtisadiyyatına zərər verəcəyini söyləyib.

Hafta.az yazır ki, Roubini Macro Associates şirkətinin baş direktoru olan Nuriel Roubini Honkonqda keçirilən Qrinviç İqtisadi Forumunda “Bloomberg TV”yə verdiyi açıqlamada, bu addımın gərginliyin artması və ABŞ-Çin münasibətlərini çətinləşdirməsi riski ilə bağlı xəbərdarlıq edib.

2008-ci il qlobal maliyyə böhranının əsas anlarında verdiyi xəbərdarlıqlarla tanınan Roudini, belə bir addımın Prezident Donald Trampın Çin prezidenti Si Cinpinlə planlaşdırılan zirvə səfərini daha da təxirə sala biləcəyini söyləyib.

Roubini, İrandakı müharibənin Tramp və Si Cinpin arasında görüş planlaşdırılan may ayının ortalarına qədər bitəcəyini gözləmədiyini bildirib.

Roubini, blokadanın daha geniş hərbi eskalasiya ehtimalını artırdığını və bunun Trampın may ayında Çinə səfəri zamanı məqsədlərinə çatmasını daha da çətinləşdirə biləcəyini bildirərək əlavə edib: "Digər tərəfdən, Pekin rəqibi "strateji səhv" edərkən onu narahat etməməkdən məmnun ola bilər".

Rubini həmçinin ABŞ və Çinin süni intellekt bumundan ən çox faydalanacaq iki ölkə olacağını da təkrarlayıb.