Nyu-Yorkda son 40 ilin ən güclü zəlzələsi - 3,8 bal

09:53 07.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bazar ertəsi Nyu-Yorkun şimal-qərbində regionda son 40 ilin ən güclü zəlzələsi qeydə alınıb. NBC xəbər verir.

Seysmoloqların məlumatına görə, Eri qraflığında 3,8 bal gücündə zəlzələ baş verib, yeraltı təkanların episentri Qərbi Seneka şəhərindən 2 km şərqdə olub. Mənbə təxminən 3 km dərinlikdə yerləşirdi. Zəlzələnin Niaqara şəlaləsi ərazisində hiss olunduğu qeyd edilir. Mümkün zərər barədə hələ ki, məlumat daxil olmayıb.

Kanalın məlumatına görə, 1983-cü ildən bəri Qərbi Seneka bölgəsində, Buffalo şəhəri yaxınlığında 2,5 baldan yuxarı 24 zəlzələ qeydə alınıb.

Oxunma sayı 72