O, "Qarabağ"la oyunda iştirak etməyəcək

10:30 03.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək. Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hafta.az xəbər verir ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. Buna forvardın zədə alması səbəb olub. Hazırkı İtaliya çempionu "Mançester Yunayted"dən aldığı Rasmus Hoylundu siyahıya daxil edib.

Qeyd edək ki, bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.