Oğuzda 40 ağac kəsildi - Cinayət işi başladı

18:47 25.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.