Oğuzda yol kənarları məişət tullantılarından təmizlənir

19:41 04.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonu ərazisindən keçən magistral və avtomobil yollarının kənarlarında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı təmizlik aksiyaları davam etdirilir.

Hafta.az bildirir ki, Rayon icra hakimiyyətindən verilən məlumata görə, aksiyalar zamanı yol kənarları məişət tullantılarından təmizlənir, ərazilər abadlaşdırılır, yaşıllıq zolaqlarına qulluq göstərilir və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir.

Keçirilən tədbirlərin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, magistral yollar boyunca estetik görünüşün təmin edilməsi və vətəndaşlarda təmizlik mədəniyyətinin təşviq olunmasıdır.

Aksiyaların mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.