Olimpiya Festivalında türkiyəli basketbolçu travma aldı 

10:29 23.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən edilən müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən hafta.az-a verilən məlumata görə,iyulun 22-də "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub. 

Müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 

18 yaşlı türkiyəli qiz basketbolçu sol diz oynağının travması ilə müraciət edib, onu Təcili Tibbi yardım briqadası KTM-ə çatdırıb. 

Yardım edildikdən sonra buraxılıb, vəziyyəti normaldır.