Ölkələrə görə hər 10 min nəfərdən neçəsi evsizdir?

09:35 03.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyanın hər yerində evsiz insanlara rast gəlinir və bu problemi kökündən çözmə səyləri hələlik nəticə verməyib.

Hafta.az-ın yazdığına görə, dünyada evsizlik hər bir ölkənin sosial quruluşunu və rifah səviyyəsini üzə çıxaran mühüm göstəricilərdən biridir. Amma qəribədir ki, ölkələrin iqtisadi-sosial qüdrəti evsizlik problemi önündə çarəsizdir.

Dünyanın ən böyük bəzi ölkələrində hər 10 min nəfərə düşən evsiz sayı ilə bağlı məlumatı diqqətə çatdırırıq:

Meksikada 1111 nəfər, Pakistanda 331 nəfər, Misirdə 186 nəfər, Türkiyədə 176 nəfər, İngiltərədə 56,1 nəfər, Fransada 48,7 nəfər, Almaniyada 31,4 nəfər, ABŞ-da 19,5 nəfər, İspaniyada 8,6 nəfər və İtaliyada 8,4 nəfər.