“Dünən Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başladı. Azərbaycan növbəti dəfə öz qapılarını dünyaya açdı. Avropanın 48 ölkəsindən 3900 atlet 12 idman növü üzrə 135 dəst medal uğrunda mübarizə aparacaq. Ölkəmiz idman bayramında 122 idmançı ilə təmsil olunur. On minlərlə xarici ölkə vətəndaşı növbəti dəfə Azərbaycanı görəcək, tarixmizi, mədəniyyətimizi öyrənəcək, dövlətimizin inkişafı ilə tanış olacaqdır. Festivala gələnlərin bir qismi diyarımızda bines qurmaq fikrinə düşəcək”.
Bunu hafta.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan növbəti dəfə dünya mediasının diqqətində olacaq, internetdə axtarış sistemlərində "Azərbaycan", Bakı" sözlərinə axtarışların sayı artacaqdır: “Azərbaycan mötəbər olimpiya yarışına ev sahibliyini asanlıqla qazanmayıbdır. Ölkəmisdəki təhlükəsizlik, müasir idman obyektlərinin mövcudluğu, əlverişli turist və əyləncə marşrutları, tələblərə cavab verən nəqliyyat servizi Bakını cəlbedici etmişdir. Olimpiya Festivalında idmançılarımızdan uğurlar gözləyirik. Artıq güləşçilərimiz ilk qələbələrini qazanıblar. Növbəti qələbə xəbərlərini də eşidəcəyik. İrəli, Azərbaycan!”.