Ötən ay bir ailəyə ödənilən sosial yardımın məbləği 16,7 faiz artıb

10:16 10.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin dekabr ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 239,9 manatdan 279,9 manata çatıb.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 % artım deməkdir.

Qeyd edək ki, bir müddət əvvəl ölkə başçısının imzaladığı müvafiq sərəncamla Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilib. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb. Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edib.

Sosial rubrikasından digər xəbərlər